İçeriğe geçmek için "Enter"a basın

MTN-nə gedən məmur "Facebook"unu bağladı

24-10-2015

16:27 xeber – Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunan Mədət Quliyev öz “Facebook” səhifəsini bağlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov sosial şəbəkədəki şəxsi hesabında məlumat paylaşıb.

Həmin məlumatda deyilir:

“Əziz dostlar! Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi Facebook səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin “inbox”una bir neçə min mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq səhifəsini bağlamaq qərarına gəlib”.


Yaşar İsakovun sosial şəbəkədəki statusu

Prezident İlham Əliyev oktyabr ayının 20-də M.Q.Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirininbirinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan respublikası prezidentinin sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin”.

Oktyabrın 21-də isə ölkə başçısı Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin.


Mədət Quliyev – MTN-in nazir müavini

Mədət Quliyev bu ali rütbəyə qədər ədliyyə general-leytenantı olub.

İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Hazırda Təhlükəsizlik Nazirliyinin rəhbər postu boşdur.

mənbə :
anspress

MTN-ne geden memur “Facebook”unu bağladı