İçeriğe geçmek için "Enter"a basın

"Mədət Quliyevə bir gündə bir neçə min mesaj gəlib"-Yaşar İsakov

24-10-2015


24.10.2015 / 16:16 xeber –

Milli təhlükəsizlik nazirinin I müavini Mədət Quliyev "facebook" sosial şəbəkəsindəki səhifəsini bağlayıb.

 

Lent.az-ın xəbərinə görə, bu barədə Penitensiar Xidmətin mətbuat katibi Yaşar İsakov məlumat yayıb.

 

Y. İsakov qeyd edib ki, M. Quliyevin belə addım atmasının səbəbi vaxt məhdudiyyətidir: "Belə ki, təkcə dünən cənab nazir müavininin "inbox"na bir neçə min mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq "Facebook" səhifəsini bağlamaq qərarına gəlib".

 

Qeyd edək ki, M. Quliyev nazir müavini təyin olunana qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsində işləyib.  

mənbə :
lent.az

"Medet Quliyeve bir günde bir neçe min mesaj gelib"-Yaşar İsakov