İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan- Rusiya sərhədində növbə yaranıb

24-10-2015

15:16 xeber – Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Samur keçid məntəqəsində hər növ minik avtomobillərinin qonşu ölkəyə keçməsində növbələr yaranıb.

ANS PRESS əməkdaşları da Samur ərazisində olarkən həm yük, həm də minik avtomobillərinin Rusiyaya keçmək üçün növbə gözlədiyini müşahidə edib.Qonşu ölkəyə kənd təsərrüfatı məhsulları aparan avtomobillər də sərhəd ərazisində növbə gözləyir. Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsulları aparan yük avtomobillərinin sürücüləri olan həm Rusiya, həm də Azərbaycan vətəndaşları ləngimənin Rusiyanın Yaraq Qazmalar gömrük keçid məntəqəsi ilə əlaqəli olduqunu bildiriblər. Azərbaycandan keçən sürücülər apardıqları məhsulun xarab olduğunu deyirlər.


Sərhəddə növbə yaranıb

Xaçmaz gömrük idarəsinin Samur keçid məntəqəsinin rəis müavini Cavid Nadirov ANS PRES-ə deyib ki, son günlər növbələrin intensiv olması Rusiya tərəfi ilə əlaqəlidir. Növbələrin yaranmasına əsas səbəb isə oktyabırın 15- dən Rusiyanın Azərbaycanın Xanoba sərhəd keçid məntəqəsini bağlamasıdır:”Mütəmadi olaraq qarşı tərəflə əlaqələr saxlanılır ki,həmin növbələr yaranmasın,gələn nəqliyyat vasitələri və sərnişinlər vaxtlı-vaxtında təyinatı üzrə öz ünvanlarına çatsınlar.”


Sürücülər narazılıq edir

Samur keçid məntəqəsinin rəsmisi bütün sahibkarlara xitabən məlumat verib ki, Azərbaycandan Rusiyaya ixrac edilən hər hansı məhsula görə heç bir vergi və rüsum ödənilmir. Sadəcə bank vastəsi ilə əməliyyat haqqı ödənilir. Cavid Nadirov mövsümlə əlaqədar tez-tez müşahidə edilən növbələrin yaranmaması üçün sərhəd xidməti əməkdaşları ilə birlikdə gücləndirilmiş iş rejimində çalışdıqlarını, rusiyalı həmkarları ilə danışıqları müntəzəm davam etdiklərini bildirib.

mənbə :
anspress

Azerbaycan- Rusiya serhedinde növbe yaranıb