15:03 xeber – Azərbaycanin əməkdar artisti Gülnar Salmanova dünyasını dəyişib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, aktrisa uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. Xərçəng və diabetdən əziyyət çəkən aktrisa bir mddə öncə xəstəxanaya yerləşdirilmişdi.
G.Salmanova bu gün səhər saatlarında reanimasiyada dünyasını dəyişib.
Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib.
Səhhətində ciddi problemlər olan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın halı bir müddət öncə pisləşmişdi. O, övladı Elçin tərəfindən 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Həkimlərin ilkin tibbi müayinəsinə görə, əməkdar artist Gülnar Salmanova daxili qanaxma keçirib.
Xərçəng və şəkərli diabetdən əziyyət çəkən Gülnar Salmanovanın vəziyyəti bir neçə ildir ki, ağırdır. Hələ ötən il əməkdar artist evində huşsuz vəziyyətdə tapılmışdı.
Gülnar Salmanova – Azərbaycanın əməkdar artisti
“İç xəbər”in Gülnar Slamanova haqqında ötən ilki reportajı
Qeyd edək ki, Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən “Subretka” ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.
Onun “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beşmanatlıq gəlin”dəki Naznaz, “Özümüz bilərik”dəki Ceyran, “Subaylarınızdan görəsiniz”dəki Çiçək, “Hicran”dakı Çarleston, “Bankir ədaxlı”dakı Maral, “Məhəbbət oyunu”dakı Ceyran, “Bir günlük siğə”də, “Aldın payını, çağır dayını” tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
2001-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. 2015-ci il mayın 6-da Prezident Mükafatına layiq görülüb.
mənbə :
anspress