İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" 6, "Neftçi" 1 pillə gerilədi

24-10-2015

00:47 xeber – UEFA avrokubokların son turunun oyunlarından sonra klubların yeni reytinq siyahısını açıqlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, cədvəldə Azərbaycanın təmsilçiləri də yer alıblar. Belə ki, ölkə klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Dünən “Monako”ya 0:1 hesabı ilə uduzan “köhlən atlar”ın hesabındakı 12,3750 xal dəyişməyib. Bu səbəbdən 6 pillə geriləyən Ağdam komandası 135-ci yerə düşüb. 9,6250 xalı olan “Neftçi”nin də mövqeyində geriləmə var. “Ağ-qaralar” bir pillə itirməkə 163-cü sıraya eniblər. Eyni qədər geriləyən “İnter” 5,3750 xalla 249-cu sırada yer alır.


“Qəbələ” klubu

Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız “Qəbələ” 5,1250 xalla 254-cü yerdə qərarlaşıb. Digər klublarımızdan “Xəzər Lənkəran” (4,3750) 285-ci, “Bakı” ilə AZAL (hər ikisi 3,1250) 334-cüdü. Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 96,0350 xalla 9-cu, İngiltərə “Tottenhem”i (63,4560) 24-cü, Belçika “Anderlext”i (45,1200) 37-ci, Fransa “Monako” (34,4490) 56-cı, Yunanıstan PAOK-u (34,1600) 57-ci, Rusiya “Krasnodar”ı (17,1360) 101-ci pillədədi.

Nəzərinizə çatdıraq ki, siyahıya 148,8280 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.

mənbə :
anspress

“Qarabağ” 6, “Neftçi” 1 pille geriledi