İçeriğe geçmek için "Enter"a basın

61 yaşlı kişi göbələkdən zəhərləndi

23-10-2015


23.10.2015 / 23:27 xeber –

Qaxda 61 yaşlı kişi göbələkdən zəhərlənib.

 

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 23-ü, axşam  saat 22 radələrində rayonun Kötüklü kənd sakini, 1954-cü il təvəllüdlü İvan Nose oğlu Nadiraşvili zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 61 yaşlı İvan Nadiraşvili oktyabrın 23-ü, axşam saat 17 radələrində yaşadığı evdə közün üzərində göbələk bişirib yeyib. Göbələk yedikdən bir qədər sonra İvan Nadiraşvilidə zəhərlənmə əlamətləri büruzə verib. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə yerləşdirilən İvan Nadiraşvilinin müayinə və müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

mənbə :
lent.az

61 yaşlı kişi göbelekden zeherlendi