İçeriğe geçmek için "Enter"a basın

Putindən Qərbə özünəməxsus mesaj

23-10-2015

23:06 xeber – “Hələ 50 il əvvəl Leninqrad küçələri mənə bir qayda öyrətmişdi. Dava qaçılmazdırsa, birinci vurmaq lazımdır”. Putin əsl davakar uşaq obrazı ilə Suriyada apardığı əməliyyatları şərh etdi.

Lakin bir çoxları bunu Rusiya prezidentinin Qərbə mesajı kimi qiymətləndirir. Çünki, Qərbin Suriyada planları başqa idi. Elə isə gözlər Qərbə dikilib, Putinə cavab nə olacaq! Putinin lazım gəlsə, Rusiya da ABŞ-da demokratiya dərsi keçər deməsi, Qərbi dünyanın sülh mizanını pozmaqda ittiham etməsi, guya terrorla mübarizə adı altında Suriyada müxalifəti silahlandırması kimi ciddi ittihamlarına okeanın o tayında necə qarşıladılar?

“Putinin ötən gün Valday forumunda odlu-alovlu çıxışı onu göstərdi ki, o, bundan sonra da həm öz, həm də dəstəklədiyi Əsədin prezident postunda qalmasında israrlıdır” – deyə bəzi qərbyönümlü ekspertlər belə qənaətə gəliblər.

Bəzi ekspertlər bu çıxışdan dialoq nəticəsi çıxarıblar. Hesab edirlər ki, Putin nə qədər sərt çıxış etsə də, ABŞ-la dialoq üçün yer qoyub, qapını açıq saxlayıb.

“Nyu-York Tayms” inandırmağa çalışır ki, Suriya prezidentini Moskvada soyuq qarşılayıblar, tərəflər hələ də bir-birinə yad və şübhə ilə yanaşırlar.

Blomberq yazıb ki, Putin Suriyada tezlikdə növbədəkənar prezident seçkilərinin keçirilməsində maraqlıdır. Bununla o, ötən il 89 faiz səslə seçkilərdən qalib çıxmış Əsədin prezidentliyini yeniləmək istəyir. Bununla belə Putin fikirləşir ki, bu seçimi Əsəd və onun xalqı etməlidir.

Rusiya-ABŞ münasibətlərində hər iki dövlətlərin liderlərinin son vəziyyətini “Putin irəliləyir, Obama isə seyr edir” kimi şərh edənlər də var.

“Vaşinqton Post” yazır ki, Rusiya Əsədi qırmızı xalçayla qəbul etməklə demək istəyir ki, Suriya böhranın həlli Vaşinqtonda deyil, elə Moskvadadır.

Hələlik belə mənzərə görünür ki, Obama davada birinci zərbə endirməyi sevən Putinə qarşı hələ ki, tutarlı bir cavab qaytara bilmir.

Prezident seçkiləri ərəfəsində olan Amerikada Putinə cavab verə biləcək namizəd varmı? Bu suala cavab tapmaq asan məsələ deyil!.

mənbə :
anspress

Putinden Qerbe özünemexsus mesaj