İçeriğe geçmek için "Enter"a basın

"Neftçi" AZAL-a da uduzdu

23-10-2015

22:30 xeber – Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, I dövrəyə yekun vurulacaq turun ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə oyununda “Neftçi” AZAL-ın qonağı olub. “AZAL Arena”da baş tutan qarşılaşmanı Ramil Diniyev idarə edib.


“AZAL Arena”

“Neftçi” 8 turdan sonra 9 хalla turnir cədvəlinin 6-cı, AZAL 4 хalla 9-cu pilləsində qərarlaşmışdı. “Ağ-qaralar” son 4 turda qələbə qazana bilməyib (2 heç-heçə, 2 məğlubiyyət).

Maddi problemlər yaşayan Tərlan Əhmədovun başçılıq etdiyi komandanın da durumu ürəkaçan səviyyədə deyil. Geridə qalan 8 tur ərzində 1 qələbə, 1 heç-heçə edən AZAL turnir cədvəlinin sonuncusu “Rəvan”dan yalnız 2 xal öndə idi. Marağlı və gərgin keçən oyunda AZAL “Neftçi”ni 2:1 hesabı məğlub olub.

Premyer Liqada 9-cu tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, IX tur

AZAL – “Neftçi” – 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1),
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 (“Neftçi”)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
“AZAl Arena”.

24 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.

17:00. “İnter” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
“İnter Arena”.

25 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.

mənbə :
anspress

“Neftçi” AZAL-a da uduzdu