İçeriğe geçmek için "Enter"a basın

"Barselona" rekord büdcəsini açıqladı

23-10-2015

22:16 xeber – İspaniyanın “Barselona” klubunun büdcəsi rekord səviyyəyə çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Kataloniya klubunun 2015/16 mövsümü üçün büdcəsi 633 milyon avro olacaq.

Bu barədə klubun maliyyə məsələləri üzvü vitse-prezidenti Susana Monje açıqlama verib. Klub rəsmisi bildirib ki, büdcə ötən mövsümlə müqayisədə 4 faiz artaraq 633 milyon avroya çatıb.

Susana Monje deyib ki, klubun gəlirləri bu mövsüm büdcəni tam ödəyəcək və 20 milyon avro əlavə qazancları olacaq.


Susana Monje

“Klubumuzun borcu təхminən büdcənin yarısı qədərdi. Gəlirlərimizi artırmağa, borcumuzu azaltmağa çalışırıq. “Barselona” hazırda maliyyə baхımından tariхinin ən yaхşı günlərini keçirir”, deyə Susana Monje bildirib.

Klub rəsmisi bildirib ki, “Barselona”nın ümumilikdə 290 milyon avro borcu var və bunun 70 faizi idmançıların maaşlarına sərf olunub.

Barselona Futbol Klubu Barselona şəhərini təmsil edən Kataloniya və İspan futbol klubudur. 1899-cu il noyabrın 29-u İsveçrəli Xuan Qamper tərəfindən qurulub. “Barselona” İspaniya üst liqanı heç tərk etməyən üç komandadan biridir.

mənbə :
anspress

“Barselona” rekord büdcesini açıqladı