İçeriğe geçmek için "Enter"a basın

Kanalda batan şəxsin meyidi hələ də tapılmayıb

23-10-2015

21:45 xeber – Xaçmazın Yeni Həyat kənd sakini, 47 yaşlı Telman Ramazan oğlu Qazıbəyov oktyabrın 17- də gündüz saat 15:30 raddələrində yaşadığı kəndin ərazisindən keçən Samur-Abşeron kanalına düşüb.

Azadlıq.az xəbər verir ki, anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, qardaşının hüqüq-mühafizə orqanlarına verdiyi məlumata görə, Telman Qazıbəyov hadisə zamanı sərxoş olub, onun bu səbəbdən ayağının sürüşüb kanala düşdüyü ehtimal edilir.

Batan şəxsin axtarışlarına ailə üzvləri ilə yanaşı FHN-nin şimal-dalğıc axtarış qrupunun əməkdaşları da cəlb olunub. Onun meyidi kanalın keçdiyi Şabran, Siyəzən, Xızı rayonları ərazisində aparılsa da hələlik heç bir nəticə verməyib.

mənbə :
anspress

Kanalda batan şexsin meyidi hele de tapılmayıb