23.10.2015 / 21:02 xeber –
“Zara” mağazalar şəbəkəsinin təsisçisi, ispaniyalı biznesmen Amansio Orteqa ilk dəfə Forbes jurnalının dünyanın ən varlı insanların siyahısında birinci yerə yüksəlib.
Oxu.Az-ın məlumatına görə, iş adamının sərvəti sutka ərzində 3,9 milyard artaraq 79,7 milyard dollara çatıb.
“Microsoft”un təsisçisi Bill Qeyts 78,1 milyard dollarla 2 yerdə qərarlaşıb. Üçüncü isə 64,4 milyard dollar sərvətlə amerikalı iş adamı Uorren Baffetdir.
Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb.
mənbə :
lent.az