23.10.2015 / 20:40 xeber –
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib. APA-nın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.
Y.Eyyubov və X.Fətiyev Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə yüksək mükafata layiq görülüblər.
mənbə :
lent.az