20:36 xeber – Heydər Əliyev Mərkəzi mavi rəngdə işıqlandırılacaq.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, səbəb BMT-nin 70 illiyi ilə əlaqədər ölkəmizin “Dünyanı mavi rəngə boya” adlı qlobal kampaniyaya qoşulmasıdır.
Kampaniya ilə bağlı Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib. Konfransda BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının prezident nümayəndəsi Antonius Bruk da iştirak edib.
Bruk çıxışında bu ilin sentyabrında BMT-nin “Yeni dayanıqlı inkişaf gündəliyi 2030”un qəbul edildiyini və Azərbaycanın həmin gündəliyi dəstəkləyən 193 BMT ölkəsindən biri olduğunu söyləyib:
“Dünyanın hər yerində BMT günü qeyd ediləcək. Çünki, bu il BMT-nin yubleyidir. Yubleyi hökumətlə yanaşı digər tərəfdaşlarımızla da keçirəcəyik. Azərbaycanla BMT arasında sıx əlaqələr mövcuddur”.
mənbə :
anspress