23.10.2015 / 19:19 xeber –
Hadisənin qəsd və ya intihar olması araşdırılır
Ağcabədidə oktyabrın 17-də itkin düşən, meyiti ötən gün Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aşkarlanan Valeh İsmayılov dəfn olunub.
V. İsmayılovun oğlu Elmin İsmayılov APA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib Ki, atası itkin düşəndə üstündə olan 9 min manat meyitinin üzərində aşkarlanmayıb.
"Cibindən siqaret qutusu, alışqan, bir də balaca bıçağı vardı. Şəxsiyyət vəsiqəsi ilə pul isə üstündə yox idi", – deyə E. İsmayılov qeyd edib.
O bu hadisədə əli olanların qısa vaxtda aşkarlanaraq məsuliyyətinə cəlb olmasını istədiklərini bildirib: “Atamın meyitinin təkcə boynunun arxasında xəsarət izi vardı. Onun zərbə izi olduğu, yaxud kanalda harasa ilişib cızıldığını bilmirik".
Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
V. İsmayılovun meyiti dünən axşam saatlarında tapılıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.
Hadisənin qəsd və ya intihar olması araşdırılır.
Bundan öncə isə Ağcabədi şəhərində xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.
****
10:19
Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.
Hadisənin qəsd və ya intihar olması araşdırılır.
Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.
Xatırladaq ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.
mənbə :
lent.az