İçeriğe geçmek için "Enter"a basın

Xəsarət alan iki nəfər xəstəxanada öldü

23-10-2015

18:00 xeber – Paytaxtda yol qəzası zamanı xəsarət alan iki şəxs xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Əhməd Seyidov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elzar Heydərovu vurub. Ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardım göstərməsinə baxmayaraq Elzar Heydərov dünyasını dəyişib.

Oxşar hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb. Bakı şəhər sakini Nadir Zeynalov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Vladik Evdakinini vurub. Onu da xəstəxanaya yeryerləşdirib lazımı tibbi yardım göstərilməsinə baxmayaraq V.Evdakin xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oktyabr ayının 19-da da Binəqədi rayonunun Biləcəri qəsəbəsində avtomobil yolu keçmək istəyən şəxsləri vurmuşdu. Füzuli rayon sakini Zahid Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Oğuz rayon sakinləri Dağlar Mikayılovu və Fərrux Musayevi vurub. Zərbə o qədər qüvvətli olub ki, hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

mənbə :
anspress

Xesaret alan iki nefer xestexanada öldü