23.10.2015 / 16:43 xeber –
Ağstafa rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 840 kv.m olan yarımstansiya tikilisinin içərisində gücü 6000 kVt olan transformatorun yağı, sarğıları və tikilinin yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Tikilidə olan 5 ədəd transformator və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
mənbə :
lent.az