İçeriğe geçmek için "Enter"a basın

Gəncədə Şah Abbas məscidində əməliyyat (YENİLƏNİB)

23-10-2015

16:38 xeber – Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

***16:09***
Günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in virtualaz.org -a istinadən verdiyi məlumata görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

İslamazeri.az saytının məlunatına görə, bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis müdaxilə edib. Məscid polis və Daxili Qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb.


Əməliyyatın keçirildiyi Şah Abbas məscidi

Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə dindarlarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.

Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın dindar həbs olunsa da son məlumatlara görə, bəziləri buraxılıb və hazırda 26 nəfər dindar nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı, Kərbəlayi Musa da var.

Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, hələ ki, nazirliyin bu barədə məlumatı yoxdur. Araşdırmalar aparıldıqdan sonra məlumat veriləcək.

mənbə :
anspress

Gencede Şah Abbas mescidinde emeliyyat (YENİLƏNİB)