İçeriğe geçmek için "Enter"a basın

MSK ilkin seçici fəallığını açıqladı

10-02-2020

[r32]

10 Fevral, 2020  00:36 xeber – Azərbaycanda keçirilən parlament seçkilərində ilkin – saat 19:00-dək olan seçici fəallığı açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

O, qeyd edib ki, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində seçici fəallığı həmin saatadək 47,81% olub.

F.Orucov səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 2547982 nəfərinin səs verdiyini deyib.



mənbə :
Report.az

MSK ilkin secici fealligini aciqladi