İçeriğe geçmek için "Enter"a basın

DİN: Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb

09-02-2020

[r32]

9 Fevral, 2020  20:57 xeber – Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

“Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb”, – DİN-dən bildirilib.

mənbə :
Report.az

DİN: Secki prosesine polisin qanunsuz mudaxile etmesi fakti qeyde alinmayib