İçeriğe geçmek için "Enter"a basın

Uğursuz aparıcı geri qayıtdı - FOTO

23-10-2015

08:44 xeber – Amerika və dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu “Oskar” mükafatının
88-ci təqdimetmə mərasiminə amerikalı komediya aktyoru, rejissor və ssenarist Kris Rok aparıcılıq edəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, komediya ustası əvvəlcə “Twitter” hesabında “Mən geri döndüm” yazaraq şəkilini paylaşıb. Məşhur komediya ustasının karyerası ərzində bu qəbildən olan ilk təcrübəsi deyil. K.Rok “Oskar” mükafatının 2005-ci ildə keçirilmiş 77-ci təqdimetmə mərasimində də aparıcı olmuşdu. 50 yaşlı aktyorun aparıcı olması haqta mərasimin prodüserləri də təstiqləyib.

Amerikalı aktyor məşhur stendapçıdı. “Comedy Central”ın reytinqinə görə, Kris Rok tarixin ən yaxşı stendapçıların arasında 5-ci yeri tutub.

Mükafatlandırma 2016-cı ilin 28 fevral ayında Lon Ancelesdə baş tutacaq. Kris Rok rejisor kimi 3 film çəkib.

2005-ci ildə keçirilmiş 77-ci təqdimetmə Kris Rokla aktyor Şon Penin arasında qısa konflikt yaranmışdı. Komediya ustası Şon Penə kobud şəkildə “Kəs səsini otur yerinə” demişdi. Amerikalı aktyorun bu kobudluğu o vaxtı qonaqların xoşuna gəlməmişdi.


Kris Rok 2005-ci ildə “Oskar” mükafatının aparıcısı

Bu vaxta kimi “Oskar” mükafatının aparıcaların arasında Kris Rok ən uğursuzların siyasındadır

mənbə :
anspress

Uğursuz aparıcı geri qayıtdı – FOTO