İçeriğe geçmek için "Enter"a basın

"Onlar bizə hörmət göstərdilər"

23-10-2015

07:45 xeber – “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Borussiya” (Dortmund) ilə oyunla bağlı firilərini bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məğlub olduqları oyundan sonra ukraynalı mütəxəssis bunları bildirib:

“İlk növbədə rəqibə yüksək səviyyəli oyun göstərib və əsas heyətin futbolçuları ilə çıxdığı üçün təşəkkür edirəm. Onlar bizə hörmət göstərdilər. Bu il “Borussiya”nın əksər oyunlarına baxmışam. Onların qapısında olan qol imkanları başqa matçlarda olmamışdı. Təəssüf ki, biz onları qola çevirə bilmədik”.


Roman Qriqorçuk

“Krasnodar”la oyunda qələbə qazanmalı idik. Amma “Borussiya” ilə oyunda bu sözü deyə bilmərəm. Çünki rəqib yüksək səviyyəli komanda idi. Biz də onlara ciddi rəqib olduq. Növbəti oyunda düşünmürəm ki, çətin oyun olacaq. Bugünkü oyunda güclərimizi ölçdük. Bunlara baxmayaraq futbolçularımla fəxr edirəm. Bu oyundan sonra komanda daha da güclənəcək. Qarşıda hələ 3 oyunumuz var. Ola bilsin bu oyunlarda 9, 7, 6 xal da qazanaq. “Borussiya” ilə səfər matçında işimiz daha da çətin olacaq. Onlar bizdən yüksək səviyyəli komandadılar. Amma yenə deyirəm ki, öz futbolçularıma minnətdaram, onlarla fəxr edirəm. Bunu deməyə əsasım var. “Qəbələ” indki məqamda çox ciddi komandadı”,- deyə Qriqorçuk qeyd edib.


“Qəbələ” klubu

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin 3-cu turunda “Borussiya”ya (Dortmund) 1:3 hesabı ilə məğlub olub.

mənbə :
anspress

“Onlar bize hörmet gösterdiler”