İçeriğe geçmek için "Enter"a basın

Suriyanın birinci xanımı tapıldı - FOTO

23-10-2015

07:35 xeber – Rusiyaya aid sualtı gəmidə gizləndiyi iddia olunan Suriyanın birinci xanımı, prezident Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd mətbuatın qarşısına çıxıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Suriya prezidenti Bəşər Əsədin Rusiyada səfərdə olduğu bir vaxtda Əsma Əsəd müharibədə ölən əsgərin evini ziyarət edib. Əsma Əsəd axırıncı dəfə 2014-cü ilin iyun ayında Suriyada keçirilən prezident seçkisi vaxtı səs verərkən mətbuatın qarşısına çıxmışdı.

Suriyada artıq 4.5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb.

Vəziyyəti daha da ağırlaşdıran isə ölkədə döyüşən tərəfin ikidən çox olmasıdır. Belə ki, başda “Bəəs” rejiminin əsgərləri olmaqla Suriyada; Əsəd rejiminə müxalif olan “Azad Suriya Ordusu”, İŞİD terrorçu qrupu, kürdlərə məxsus PKK-PYD qruplaşmaları, türkmənlərin və yezidilərin kiçik özünü müdafiə dəstələri ilə s. qruplar mübarizə aparır.

Ən son isə sentyabrın 30-da Rusiya hərbi aviasiyasının qırıcıları İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyaya daxil olub. Bu vəziyyət dinc əhali arasında itkini çoxaldır və onların yaşadıqları yerdən qaçaraq bəzən ölkəni də tərk etməsinə gətirib çıxarır.

Uzun müddətdir ölkə xaricinə çıxmayan Suriya prezidenti Bəşər Əsəd isə gözlənilmədən Rusiyanın paytaxtı Moskvaya səfər edib. ABŞ və bir sıra Qərb ölkələri Rusiyanın Suriyaya müdaxiləsini etirazla qarşılasa da Vladimir Putin Bəşər Əsədin terrorla mübarizədə tək qaldığını deyib. Putin həmçinin Əsəd rejiminin Suriyanın leqitim iqtidarı olduğunu deyib.

ABŞ rəhbərliyindəki Beynəlxalq koalisiya 1 ildən artıq müddətdir bölgədə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparır və bəzi politoloqlar Rusiyanın Suriyaya havadan müdaxiləsini iki heqomon dövlətin gizli rəqabəti kimi dəyərləndirir.

mənbə :
anspress

Suriyanın birinci xanımı tapıldı – FOTO