İçeriğe geçmek için "Enter"a basın

10 günlük quzu süd verir

23-10-2015

07:03 xeber – Ağstafada10 günlük quzu süd verir. Təsərrüfat sahibi və kənd sakinləri gördüklərindən təccübləniblər.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Ağstafanın Muğanlı kəndində maraqlı hadisə baş verib. Kənddə yaşayan Pəşşanovlar ailəsinə məxsus təsərrüfatda yeni doğulan quzu süd verməyə başlayıb.

Təsərrüfat sahibi Pəri Pəşşanovanın dediyinə görə, cəmi 10 günlük olan bu canlı hər gün südü sağılmayanda narahat olur, hərarəti qalxır, südü götürüldükdən sonra isə normal həyat tərzinə qayıdır.

Pəri Paşşanova bildirir ki, quzu həm hərəkətliliyinə, həm də qidalanmasına görə diqqət çəkir.

Az bir vaxtda doğulmasına baxmayaraq, ot yeyir, anası ilə bərabər sərbəst şəkildə arpa qəbul edir.

On günlük quzu normal halda ot və digər qida qəbul etmədiyi üçün buna həm təsərrüfat sahibi, həm də kənd sakinləri təccüblənir.

Quzudan götürülən gündəlik südün həcmi təxminən 70-100 qram arası olur.

Baytarlar quzunun süd verməsini hansısa anormallığın nəticəsi kimi qiymətləndirirlər.

mənbə :
anspress

10 günlük quzu süd verir