İçeriğe geçmek için "Enter"a basın

Müstəqil jurnalın yayımı dayandırıldı

23-10-2015

05:42 xeber – Alma-atı məhkəməsi bu gün Qazaxıstandakı müstəqil jurnallardan birinin bağlanması barədə qərar qəbul edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məhkəmə “Adam” jurnalı və onun Facebook səhifəsini dil haqqında qanunu pozma ittihamı ilə bağlayıb.

Bu jurnal ölkədə hakimiyyəti tənqid edən KİV-lərdən biridir. Jurnalın fəaliyyəti yalnız rus dilində çıxdığına görə hələ bu ilin avqustunda başqa məhkəmə tərəfindən dayandırılmış, redaktorları isə cərimə edilmişdi. Qazaxıstanda dil haqqında qanuna görə KİV-lərdə gedən materialların azı yarısı dövlət-qazax dilində olmalıdır.

Jurnal 2014-cü ildə müharibəni təbliğ eləmə ittihamı ilə bağlandıqdan sonra bu ilin martında “Adam Bol” ( Adam ol) adı altında yenidən çıxmağa başlayıb. Jurnal son məhkəmə qərarından 1 həftə əvvəl Ukraynada mühacirətdə yaşayan müxalifət fəalı Aydos Sadıqovdan müsahibə götürübmüş. Aydos Sadıqov müsahibəsində Rusiyanı Ukrayna münaqişəsində iştiraka görə tənqid edib.


Qazaxıstan xəritədə

mənbə :
anspress

Müsteqil jurnalın yayımı dayandırıldı