İçeriğe geçmek için "Enter"a basın

Qurban Qurbanov: “Fərqli nəsə göstərə bilmədik” –

23-10-2015


23.10.2015 / 04:31 xeber –

“Təəssüf ki, məğlub olduq. Oyunboyu yaxşı müdafiə olunduq, ancaq bəzi epizodlarda diqqətsizlik etdik. Belə hücumların birində qapımızda qol gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Monako” ilə qarşılaşan ağdamlıların çalışdırıcısı minimal hesablı məğlubiyyətlə bitən oyunu bu cür şərh edib: “Bu qədər keyfiyyətli oyunçulara malik bir komandaya qarşı mübarizə aparmaq çox çətindi. Etdiklərimiz yetərli olmadı. Bu oyunda fərqli nəsə göstərə bilmədik. Həmişə oynadığımız kimi oynadıq”.

 

Təcrübəli mütəxəssis növbəti oyun haqqında da fikirlərini bildirib: “Monako” haqqında artıq daha çox şey bilirik. Bunlardan cavab qarşılaşmasında istifadə etməyə çalışacağıq. Qrupun üç favoriti var. Biz sonuna qədər mübarizə aparacağıq. Qrupdan çıxıb-çıxmayacağımız son oyundan sonra bəlli olacaq. Ölkəmizi təmsil etmək üçün əlimizdən gələni edəcəyik”. 

mənbə :
lent.az

Qurban Qurbanov: “Ferqli nese göstere bilmedik” –