02:48 xeber – Noyabrın 1-də baş tutacaq parlament seçkilərinə 9 gün qalıb, artıq seçki bülletenlərinin çapı posesi də başa çatıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ümumilikdə respublika üzrə 125 seçki dairəsində səsvermə günü istifadə olunmaq məqsədilə 5 milyon 344 min 431seçki bülleteni hazırlanılıb.
Seçki bülletenləri öncə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonları, ən sonda isə Sumqayıt, Abşeron, və Bakıdakı seçki dairələrinə paylanacaq.
Ümimilikdə 42 seçki dairəsi üzrə seçki bülletenləri seçki komissiyalarının sədrlərinə təhvil verilib.
Seçki məcəlləsinə əsasən seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
“Artıq namizədliyini geri götürmüş namizədlər, seçki bülletenlərin hazırlanması prosesi zamanı nəzərə alınıbdır. Hazırda seçkidə 768 namizəd iştirak edəcək. Onların adları seçki bülletenlərinə daxil edilib. Məhz bu 768 namizədin 331-i 24 siyasi partiyanın təmsilçiləridir”, – deyə MSK katibliyinin müdiri Rövzət Qasımov bildirib.
mənbə :
anspress