İçeriğe geçmek için "Enter"a basın

Moldovanın sabiq baş nazirinin evlərindən silah-sursat aşkarlandı

23-10-2015


23.10.2015 / 02:37 xeber –

Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filatın evlərində aparılan axtarış zamanı silah-sursat, qiymətli saatlar və bank kartları aşkarlanıb.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu prokuror Vitali Qaleru bildirib.

 

“İstintaq bahalı əşyaların, bank kartlarında olan vəsaitlərin əldə olunmasının qanuni olub-olmamasını yoxlayacaq”, deyə prokuror qeyd edib.  

 

Onun sözlərinə görə, yaxın zamanda bank hesablarından çıxarışlar, silah-sursatın saxlanmasına dair hüquqi sənədlərin doğruluğu yoxlanılacaq.  

 

Bundan əvvəl həbs edilmiş Moldovanın sabiq baş nazirinin evindən məxfi sənədlərin aşkarlandığı bildirilmişdi. 

mənbə :
lent.az

Moldovanın sabiq baş nazirinin evlerinden silah-sursat aşkarlandı