23.10.2015 / 02:37 xeber –
Moldovanın sabiq baş naziri, Liberal-Demokratik Partiyasının lideri Vladimir Filatın evlərində aparılan axtarış zamanı silah-sursat, qiymətli saatlar və bank kartları aşkarlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu prokuror Vitali Qaleru bildirib.
“İstintaq bahalı əşyaların, bank kartlarında olan vəsaitlərin əldə olunmasının qanuni olub-olmamasını yoxlayacaq”, deyə prokuror qeyd edib.
Onun sözlərinə görə, yaxın zamanda bank hesablarından çıxarışlar, silah-sursatın saxlanmasına dair hüquqi sənədlərin doğruluğu yoxlanılacaq.
Bundan əvvəl həbs edilmiş Moldovanın sabiq baş nazirinin evindən məxfi sənədlərin aşkarlandığı bildirilmişdi.
mənbə :
lent.az