İçeriğe geçmek için "Enter"a basın

Bahalaşma olacaq

22-10-2015

21:43 xeber – Vergi dəyişikliklərindən biri tikinti şirkətlərindən vergi tutulmasını sadələşdirməyi nəzərdə tutur. Belə ki, bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bununla da hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

Tikinti ilə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Amma bütün bu tədbirlərin evlərin qiymətinə təsiri gözlənilmir.

mənbə :
anspress

Bahalaşma olacaq