İçeriğe geçmek için "Enter"a basın

Ermənilər terrorçulara dəstək istədi

22-10-2015

20:58 xeber – Erməni diasporu Türkiyənin PKK terrorçularını dəstəkləyən HDP-yə (Xalqların Demokratik Partiyası) dəstək istəyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası (EAFJD) öz tvitter səhifəsində Avropada yaşayan bütün erməniləri HDP-yə səs verməyə çağırıb.

Erməni diasporunun paylaşdığı tvitdə deyilir: “EAFJD noyabrın 1-də Türkiyədə keçiriləcək parlament seçkilərində HDP-yi dəstəkləyir”.

Kaspar Karampetyanın sədrlik etdiyi qurum HDP-yə dəstək haqqında açıqlamasında bildirib ki, HDP-nin parlamentdə var olması azadlıq, bərabərlik, barış və ədalətin zəmanəti olacaq.


EAFJD-nin HDP-ni dəstəklədiyi tviti

Bu, avropadakı ermənilərin kürdlərə ilk dəstəyi deyil. Federasiya bundan əvvəl 7 iyun seçkiləri ərəfəsində də ermənilərdən HDP üçün səs istəmişdi.

Ermənilərin türklər qədər, kürdləri də “erməni soyqırımı”nda ittiham etmələrinə baxmayaraq, HDP-nin bəzi vədləri ermənilərin tarixi həqiqət adlandırdıqları “erməni soyqırımı”nı bir kənara qoymağa vadar edib.

Bəzi türk kütləvi informasiya vasitələri bunu izah edərkən qeyd edir ki, onların hər ikisi (erməni diasporu və HDP) eyni dəyərləri müdafiə edir. Bildirilir ki, həm HDP, həm də ermənilərin istəyi Türkiyədə özbaşınalıq, yeni münaqişələr, iğtişaşlar yaratmaq, Türkiyəni qaranlıq 1990-cı illər dövrünə qaytarmaqdır.

Lakin bu dəstək gözlənilən idi. Çünki HDP liderlərindən biri seçkiqabağı kampaniya zamanı bildirib ki, hakimiyyətə gələrsə, Türkiyə ilə Ermənistan arasındakı sərhədi açacaq, Ermənistanın blokadadan çıxmasına kömək edəcək, 1915-ci il hadisələri ilə bağlı ermənilərin irəli sürdüyü saxta “erməni soyqırımı”nı tanıyacaq.

Ümumiyyətlə, erməni lobbisi və diasporu xarici ölkələrdə aktiv fəaliyyət göstərir. Bir çox ölkələrdə seçkilər zamanı həmin ölkələrdəki ermənilərin səsindən mümkün qədər çox yararlanmaq istəyirlər. Xüsusilə ABŞ-da, demək olar ki, hər prezident seçkilərindən əvvəl namizədlər ermənilərə “erməni soyqırımı”nı tanımağı söz verir.

Sonuncu dəfə isə ABŞ-da demokrat namizəd olan Hillari Klinton prezident olacağı təqdirdə erməni porno ulduz Kim Kardaşyanın həyat yoldaşı Kanye Uestə istədiyi vəzifəni verəcəyini bildirmişdi.


Hillari Klintonun Kim Kardaşyan və Kanye Uestlə selfisi

İş orasındadır ki, erməni qızların sevimlisi və örnək götürdükləri Kim Kardaşyan tək Ermənistanda deyil, ABŞ-da da kifayət qədər məşhurdur.

Bir müddət əvvəl Kim Kardaşyan bacıları, həyat yoldaşı Kanye Uest və qızı Nortla birlikdə vətəni Ermənistana səfər etmişdi. Həmin səfəri geniş işıqlandıran erməni mətbuatı bunu tarixi hadisəyə çevirmişdi.


Kardaşyan bacılarının erməni baş nazirlə görüşü


Kim Kardaşyanın Ermənistanın vəzifəli şəxsləri ilə görüşündən sonra


Porno ulduz Kim Kardaşyan pərəstişkarları ilə selfisi çəkdirərkən

mənbə :
anspress

Ermeniler terrorçulara destek istedi