19:10 xeber – Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş 7 əməkdaşının adı məlum olub.
ANS PRESS xəbər verir ki, bu barədə APA hüquq-mühafizə orqanlarından məlumata əldə edib. Bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.
Bu şəxslər Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər artıq Bakı istintaq Təcridxanasına köçürülüblər.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sayt yada salır ki, oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib.
Eldar Mahmudov- Sabiq nazir
Həmin gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mürvətova və digəriləri həbs olunublar.
Dünən yayılan məlumatlarda Eldar Mahmudovun və milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovun və MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabovun ev dustağı edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmçinin oxuyun:
Eldar Mahmudovun qudası da saxlanıldı
MTN generalının evində axtarış aparıldı
Həbs edilən MTN zabitləri ilə bağlı yeni xəbər
mənbə :
anspress