İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyevdən Macarıstan prezidentinə TƏBRİK

22-10-2015


22.10.2015 / 18:18 xeber –

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

mənbə :
lent.az

İlham Əliyevden Macarıstan prezidentine TƏBRİK