İçeriğe geçmek için "Enter"a basın

Şeyx Rusiyanın qərarını dəstəklədi

22-10-2015

18:18 xeber – “Qafqaz Müsəlmanları İdarəsi Suriyada İŞİD terror qruplaşmasına qarşı Rusiyanın hərbi əməliyyatlarını dəstəkləyir və əməliyyatların müvəffəqiyyətlə nəticələnəcəyinə ümid edir”.

Azadlıq.az xəbər verir ki, anspress-in “Ria Novisti” yə istinadla verdiyi məlumata görə, bu sözləri bütün Qafqazın şeyxi Allahşukur Paşazadə “XXI əsrin təhsil məkanında İslam idealları və dəyərləri” VIII Beynəlxalq elmi-praktik konfransında deyib.

“Bu gün dini fanatizmin və ekstremizmin müəyyən vasitələrlə yayılmasının qarşısını almaq çox əhəmiyyətlidir. Bizim sabitliyimizi hədələyən terrorçularla bağlı müəyyən addımların atılması vacibdir”.

Allahşükür Paşazadə bildirib ki, Qafqaz müsəlmanları beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın mövqeyini dəstəkləyir: ” İŞİD adlı şər öz əməlləri ilə dünya dinlərinin adını ləkələyir. Onlar terror vasitəsi ilə vandalizim, zorakılıq törətməyə çalışırlar. Ekstremizmə qarşı birgə səy göstərilməlidir”.

Şeyx Rusiyanın həmişə İslam dünyasına hörmətlə münasibət göstərdiyini deyib. Ənənəvi dinlərə sadiq insanlar Rusiyada həmişə bir yerdə yaşayıblar.


Allahşukur Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri

30 sentyabrdan Rusiya Suriya ərazisində İŞİD-lə mübarizə aparır. Rusiyanın həyata keçirdiyi aviahücumlar nəticəsində silahlıların geri çəkildiyi bildirilir. Okyabrın 7-də isə Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqladı.

Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

“İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib”, – prezident bildirib.


Xəzərdən İŞİD-in vurulma marşrutu

Şoyqu bildirib ki, bu səhər də Rusiya qırıcıları Suriya ərazisini Xəzər dənizindən bombalayıb: “Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib”, – Şoyqu Putinlə görüşdə bildirib.

mənbə :
anspress

Şeyx Rusiyanın qerarını destekledi