İçeriğe geçmek için "Enter"a basın

ANS-in ulduzu vəfat etdi

22-10-2015

17:15 xeber – Hər kəsin Xanım nənə kimi tanıdığı Ələkbərova Xanım Qədir qızı 83 yaşında dünyasını dəyişib

Onun qohumlarının ANS PRESS -ə verdiyi məlumata görə ANS TV-də yayımlanan “Qulp” verilişinin “Əməkdar artist” müsabiqəsinin qalibi Xanım nənə bu gün səhər saatlarında Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbədə vəfat edib.

Xanım nənənin qardaşı nəvələri artıq onun dəfn olduğunu bildirdilər. Xanım nənənin övladı olmayıb.

Xanım nənə “Əməkdar artist” müsabiqəsindən sonra məşhurlaşmışdı.Xanım nənə təkcə Azərbaycanda deyil, qonşu ölkələrin məşhur proqramlarına da tez-tez dəvət alırdı.

Xanım nənə türk telekanalında qonaq olub

mənbə :
anspress

ANS-in ulduzu vefat etdi