İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ” növbəti sınaq qarşısında

22-10-2015

17:08 xeber – Bu gün “Qarabağ- Monako” ilə qarşılaşacaq. Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bu “Qarabağ”ın Fransa klublarına qarşı 3-cü dueli olacaq. Bundan əvvəl tarixin yaddaşına qovuşan İntertoto kubokunda Monpelyeylə görüşdə iki oyunun cəminə görə qapısından 9 top buraxan “Ağdam” klubu” ötən mövsüm Sent Etyenlə hər iki görüşdə sülh bağlamışdı. Görüş hər iki komanda üçün yubiley baxımından əhəmiyyət daşıyır.

Belə ki, fransızlar 70, ağdamlılar isə 25-ci qələbənin bir addımlığındadır. “Monako” Avropa arenasında öz meydanında keçirdiyi son 13 görüşün yalnız birində məğlub olub.

Matçdan əvvəl baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanın çətin keçəcəyinə işarə edib:

“Onların bacarıqlı futbolçuları var. Onlara qarşı oynamaq bizim üçün həqiqətən çətin olacaq. Amma nəticə üçün ən yaxşı oyun göstərmyə çalışacağıq”.

“Köhlən atlar”ın çərçivə qoruyucusu İbrahim Şehiç isə rəqibi analiz etdiklərini və “Knyazliq klubu”nun heyətində probemləm yarada biləcək futbolçuların olduğunu bildirib:

“Rəqib çox güclüdür. Mən onların çıxışını ötən il izləmişəm. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçuları satıblar. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdur. “Monako” istedadlı gənc və təcrübəli usta futbolçuların vəhdətindən qurulmuş kollektivdir. Ona görə də diqqətli olmalıyıq”.

Heyət sarıdan hər iki komandada problemlər var. Təmsilçimizin heyətində braziliyalı futbolçu Reynaldonun meydana çıxmayacağı dəqiqdir. Əvəzində Çumbinyonun zədəsini sağaltması sevindirici məqamdır. Ölkə çempionatının son turunda iki məhsuldar ötürmə ilə yadda qalan Sambaçinin “Monako”da meydana çıxması Qurban Qurbanovun qərarından asılıdır.

Hücumda isə Samuel Armenterosu xüsusi qeyd etməyə dəyər. Ölkə çempionatında fərqlənən isveçli hücumçunun artıq Avroliqada da özünə göstərmək zamanı yetişib. “Knyazlıq klubu”nda isə əsas itki kimi Fabio Koentraonu qeyd etmək lazımdır.

İkinci Lui stadionunda baş tutacaq “Monako – Qarabağ” görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı danimarkalı hakimlər heyəti idarə edəcək.

mənbə :
anspress

“Qarabağ” növbeti sınaq qarşısında