İçeriğe geçmek için "Enter"a basın

"Atetiko" "Astana"nı qol atəşinə tutdu

22-10-2015

15:42 xeber – Çempionlar Liqasının “C” qrupu çərçivəsində Madridin “Atletiko” klubu öz meydanında Qazaxıstanın “Astana” klubunu qonaq edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə oyun “Visente Kalderon”da baş tutub.

Oyunda hesab 23-cü dəqiqədə açılıb. Belə ki, Saul Nyiges komanda yoldaşının ötürməsindən sonra adını tabloya yazdırıb.
Cekson Martines matçın 29-cu dəqiqəsində vurduğu qolla hesab arasında ki fərqi 2-yə yüksəldib.

İkinci hissədə azarkeşlər qapılara vurulan daha 2 qola şahidlik ediblər. Oyunun 63-cü dəqiqəsində Oliver Torres, 89-da isə Denis Dedeçko (avtoqol) vurduğu qollarla “Atletiko”nun “Astana” üzərində 4:0 hesablı qələbəsini rəsmiləşdirib.

“Atletiko” – “Astana” oyunu

Ötən tur madridlilər öz meydanında “Porto”nu qəbul edib. Həmin oyun “Atletiko” 1:2 hesabı ilə məğlub olub. “Astana” isə ötən tur evdə “Qalatasaray”ı qəbul edib və həmin oyun 2:2 hesabı ilə başa çatıb.


“C” qrupunun turnir cədvəli

mənbə :
anspress

“Atetiko” “Astana”nı qol ateşine tutdu