14:40 xeber – Avstriyanın gözəllik kraliçası Ena Kadiç Alp dağlarında yıxılaraq dünyasını dəyişib
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, model həmişə olduğu kimi səhər qaçışına çıxarkən 30 metrlik təpədən yıxılıb. Kadiç çox saylı travma alıb lakin buna baxmayaraq o qardaşına zəng edə bilib. Baş-beyin travması, həmçinin ağciyər zədələnməsi ilə kritik vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb.
Həkimlər qızın həyatını xilas edə bilməyib və o, dünyasını dəyişib. Qızın qayadan yıxılmasının təfərrüatları tam bəlli olmasa da, polislər keçmiş “Avstriya gözəli”nin qaçışla mütəmadi məşğul olduğunu və ərazini yaxşı tanıdığını bildiriblər.
Ena Kadiç – 2013-cü ildə Avstriyada keçmiş gözəllik yarışmasının qalib olduğu zaman
Hüquq mühafizə orqanları faktla bağlı təhqiqata başlayıb. Modelin bütün telefon zənglərini və aldığı mesajları araşdırılacağı deyilir. Maraqlıdır ki, polis əməkdaşları qızın ehtiyatsızlıqdan yıxılmasını iddia edir, lakin Avstriya gözəlinin qohumları bu iddiaya inanmaq istəmirlər
Ena Kadiçin yıxıldığı yer
Alp dağlarının xəritəsi
Ena Kadiç 2013-cü ildə Avstriyada keçmiş gözəllik yarışmasının qalibi olub. Model kimi fəaliyyət göstərib. Bir neçə reklamlarda çəkilib.
“Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer də Alp dağlarında xizək sürərkən yıxılaraq başı qayaya dəyib və 6 ay komada olub.
Mixael Şumaxer-“Formula-1”-in pilotu
mənbə :
anspress