İçeriğe geçmek için "Enter"a basın

Putin Leyla Əliyevaya medal verdi

22-10-2015

14:05 xeber – Rusiya prezidenti Vladimir Putin Leyla Əliyevanı təltif edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya dövlət başçısı Azərbaycan prezidentinin dövlət başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri L.Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə bu medala layiq görülüb.

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir.

2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalınını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır. Bir il sonra aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı, 2013-cü il dekabrın 20-də Leyla Əliyeva III dərəcəli “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.

İki oğlu, bir qızı var.

mənbə :
anspress

Putin Leyla Əliyevaya medal verdi