İçeriğe geçmek için "Enter"a basın

Kasparov rəsmi yarışlardan 2 il uzaqlaşdırıldı

22-10-2015


22.10.2015 / 13:49 xeber –

 

 

FİDE sabiq dünya çempionu Harri Kasparovla bağlı qərarını açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, qurumun Etika Komissiyası şahmatda ilk addımlarını Azərbaycanda atan qrossmeysteri 2 illik cəzaya məruz qoyub.

 

Onunla yanaşı, Sinqapur Şahmat Federasiyasının sabiq prezidenti İqnatius Leonq da FİDE və bu təşkilata üzv olan milli assosiasiyalarda çalışmaq hüququndan məhrum edilib. Onlar qurumun Əxlaq Kodeksini pozmaqda ittiham olunur.

 

Bakıda doğulan H. Kasparov FİDE prezidentliyinə seçkilər zamanı Leonqa 500 min dollar verib ki, Asiya ölkələrinin səslərini toplamaqda ona yardım etsin.

 

Qeyd edək ki, 2014-cü ildə keçirilən prezident seçkilərində H. Kasparov FİDE-nin hazırkı rəhbəri Kirsan İlyumjinovun rəqibi olub.

mənbə :
lent.az

Kasparov resmi yarışlardan 2 il uzaqlaşdırıldı