İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlılar Kiyevi bir-birinə qatdı

22-10-2015

13:43 xeber – Ukraynada azərbaycanlılar arasında atışma olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumaına görə, hadisə ötən gün axşam saat 18 radələrində Kiyevdə suşi-bar kimi fəaliyyət göstərən “Evraziya” restoranında qeydə alınıb.

Atışma nəticəsində 2 nəfər yaralanıb – oğlan və qız. “Vesti”nin məlumatına görə, münaqişə qafqaz görünüşlü üç kişinin arasında başlayıb. “Ehtimal ki, onlar azərbaycanlılar olublar. Onlardan birinin şəxsiyyəti müəyyən edilib”.

Şahidlərin sözlərinə görə, onlar arasında əvvəlcə mübahisə başlayıb, sonra isə silahlar işə düşüb. Ukrayna mətbuatında yer alan məlumata görə, tərəflər daha öncə baş verən qəza ilə bağlı mübahisəni həll etmək üçün toplaşıblar. Lakin onlar razılığa gələ bilməyiblər və silah işə salınıb. Həm restoran, həm də çöldə üç dəfə TT markalı tapancadan atəş açılıb. Bundan sonra onlar dərhal Andrey İvanov küçəsi istiqamətidə qaçıb və gizləniblər.

Güllələrdən biri divandan keçərək oturan müştəri qızın ayağına dəyib. Başqa bir oğlan da ayağından yaralanıb.


Hadisə baş verən restoran

Hüquq mühafizə orqanlarının ilkin məlumatına görə, şübhəlilərdən ikisi kök bədən quruluşuna malik olub. Onlardan birinin əynində sarı köynək və cins şalvar olub. Onlar restorandakı müşahidə kameralarına düşüblər.

İndi Ukrayna milisi şübhəli şəxslərin axtarışına başlayıb. Onları 7 ilə kimi həbs cəzası gözləyir.



Polis hadisə yerində araşdırma aparılır

mənbə :
anspress

Azerbaycanlılar Kiyevi bir-birine qatdı