22.10.2015 / 13:42 xeber –
Culfa rayon sakini bədbəxt hadisənin qurbanı olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 20-də Babək rayonu ərazisində Culfa rayon sakini Kamil Zeynalov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini arxaya verərkən həmyerlisi Hikmət Novruzlunu vurub. Xəstəxanaya yerləşdirilmiş H.Novruzlu oktyabrın 21-də orada ölüb.
Araşdırmalar aparılır.
mənbə :
lent.az