13:30 xeber – Bu gün 39-cu “Mostra” – San-Paulo Beynəlxalq film festivalının açılışı olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, açılışda Braziliyanın mədəniyyət naziri, Prezidentin nümayəndəsi, San-Paulo meri, Latın Amerikasından olan rejissorlar, Braziliya və digər ölkələrdən olan məşhur aktyor və aktrisalar da iştirak ediblər.
Mərasimdə Selton Melo, Debora Seko kimi aktyorlar iştirak ediblər. 300-dən çox filmin nümayiş olunacağı bu Beynəlxalq kinofestivala Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi də dəvət alıb.
San-Paulo film festivalının açılışı
San-Paulo film festivalının açılışı
Monstra film festivalının mətbuat katibi İbira Maçado bu festivalın Brazilyada ən uzun tarixə malik olduğunu bildirib:
“Bu ilki festivalda 60-dan çox ölkədən 320 film nümayiş etdirilir. Bu ölkələr arasında Azərbaycan, Türkiyə, bir sıra Asiya, Avropa və Amerika ölkələri var. Bu cümə günü kinorejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filminin ilk nümayişi olacaq. O, özü də burada iştirak edəcək. Bu bizim üçün də şərəfdir, çünki “Qanlı Yanvar” 300-dən çox film arasında Azərbaycandan olan yeganə filmdir.”
ANS-in Braziliyadakı müxbiri Kamran Qasımovun məlumata əsasən, “Qanlı Yanvar” bədii filminin San-Paoloda beş dəfə nümayişi planlaşdırılır. Filmin premyerası oktyabrın 23-ü, saat 21:15-ə nəzərdə tutulub.
Film noyabrın 4-ə qədər San-Paolonun müxtəlif kinoteatrlarında tamaşaçılara təqdim olunacaq. Filmin təqdim olunacağı kinoteatrlarının siyahısını sizə təqdim edirik:
“Qanlı Yanvar” bədii filmi haqqında festivalın rəsmi saytındada www. Mostra.org-da məlumat verilib. Mənbədə filmin Bakı Film Studiyasında çəkildiyi və quruluşçu rejissorunun Vahid Mustafa Yev olduğu yazılıb. Bundan başqa, filmin müstəqilliyimiz uğrunda aparılan mübarizədən bəhs etdiyi haqqında da məlumat verilib.
1977 ci ildən keçirilən San Paulo film festivalı Braziliyanın ən böyük film festivallarındandır. Bu il 39 -cu dəfə baş tutacaq festival oktyabrın 22-dən noyabrın 4 qədər davam edəcək. Hər il keçirilən Beynəlxalq festivalda dünyanın dörd bir tərəfindən 300-ə dək film nümayiş olunur. Azərbaycan bu Festivalda ilk dəfədir ki, iştirak edir.
San-Paulo beynəlxalq film festivalının açılışı
Daha əvvəl Azərbaycanın “Qanlı Yanvar” filmi dünyanın üç ən nüfuzlu festivalından birindən – Monreal film festivalında nümayiş olunub. Monrealda film festivalın xüsusi diplomuna layiq görülüb.
“Qanlı Yanvar” filminin çəkilişləri 2014-cü ilin oktyabrında start götürüb. Film üzərində kinorejissor Vahid Mustafa Yevlə birgə ABŞ, Rusiya, İran və Türkiyədən olan beynəlxalq aktyor truppası və texniki komanda çalışıb.
Nebahət Çehrə və Lenn Deyvis kimi dünya məşhurlarının rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci il yanvarın 19-da Bakıda nümayiş olunub.
“Qanli Yanvar” filminin Monreal film festivalında əldə etdiyi uğur
mənbə :
anspress