İçeriğe geçmek için "Enter"a basın

Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

31-01-2020

[r32]

31 Yanvar, 2020  19:15 xeber – Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.



mənbə :
Report.az

Semkirde yuk ve minik avtomobilleri toqqusub, xesaret alan var