İçeriğe geçmek için "Enter"a basın

Məşhur aparıcı boşandı - FOTO

22-10-2015

13:00 xeber – Türkiyənin məşhur teleaparıcısı Ece Erken və həyat yoldaşı iş adamı Serkan Uçar arasında münasibət rəsmən bitdi.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ece Erken və Serkan Uçar məhkəmədə vəkilləri ilə bərabər iclasa qoşulublar. Cütlüklülər məhkəmənin qərarına görə ayrılıblar. Ece Erkən Serkan Uçardan maddi-mənəvi bir tələbinin olmadığını deyib. Məşhur cütlüyün Eymen adında bir oğlu var.

Bir müddət öncə əri Sərkan Uçar tərəfindən döyülməsi iddiaları ilə məhkəməyə müraciət edərək boşanma iddiası qaldıran aparıcı əri ilə yeni bir qalmaqal yaşayıb. Belə ki, yaxın dostlarının ad günündə bir yerdə olan cütlük mübahisə ediblər.


Ece Erken və Sərkan Uçar

Hətta aparıcı ətrafdakılardan kömək istəmək məcburiyyətində qalıb. Hər kəsdən polis çağırmasını xahiş edib. Qalmaqal Sərkan Uçarın avtomobilinə əyləşərək uzaqlaşmasından sonra bitib.

Ece Erken 12 yaşından karyerasına start verib. O, bundan əvvəl də bir dəfə evli olub, lakin evlilik həyatı uzun sürməyib. Türkiyənin məşhur kanallarında aparıcı kimi işləyib.

mənbə :
anspress

Meşhur aparıcı boşandı – FOTO