İçeriğe geçmek için "Enter"a basın

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

31-01-2020

[r32]

31 Yanvar, 2020  18:13 xeber – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş Dəyirmi Masada iştirak edib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, komissiyanın iclasında və Ukrayna-Azərbaycan Dəyirmi Masasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin kiçik və orta sahibkarlıq (KOB) sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektorunun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib.



mənbə :
Report.az

KOBİA ve Ukrayna Ticaret ve Senaye Palatasi arasinda emekdasliga dair sened imzalanib