22.10.2015 / 12:47 xeber –
Bakı Apellyasiya Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Hafiz Səmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məhkəmənin saytına istinadən məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, Hafiz Seyidov 2014-cü ilin dekabrın 16-da dostu Əli Seyidovu öz evində dəmir parçası ilə vurub, sonra başına torba keçirərək boğub. Onun cəsədini isə evindəki soyuducuya qoyub və soyuducu ilə birlikdə basdırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.
mənbə :
lent.az