22.10.2015 / 12:40 xeber –
Bakıda transformatorun içinə girən qızın vəziyyəti yaxşılaşsa da, 20 yaşlı Fəqan Fərzəliyevin vəziyyəti ağır olaraq qalır. 1 saylı şəhər Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə-reanimasiya şöbəsinin müdiri Vaqif Rəhimov APA TV-yə bildirib ki, xəstə bədənin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə daxil olub. Həkimin sözlərinə görə xəstənin 5-ci boyun fəqərəsi səviyyəsindən bel fəqərələrinə qədər uzunluğu 40-45, eni 20-25, dərinliyi 10-12 sm olan böyük bir yara var. Həmin boşluğun toxumalarını elektrik tamamilə yandırıb. Vaqif Rəhimov deyib ki, yara nahiyəsində fəqərələr və qabırğalar aydın görünür. Xəstənin vəziyyəti ağır dəyərləndirilir.
Qeyd edək ki, oktyabrın 21-də Bakıda transformatorun içinə girən qızla oğlanı cərəyan vurub. 20 yaşlı Fəqan Fərzəliyevlə hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarındakı qız 6 min voltluq transformatorun qapısını açaraq içəriyə daxil olublar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.
mənbə :
lent.az