İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda "radarlar" "arılara" qarşı

22-10-2015

12:39 xeber – Avropa Liqasının “C” qrupunun 3-cü turu çərçivəsində “Qəbələ” klubu öz meydanında Dortmund “Borussiya”sını qəbul edəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, oyun 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq.

Avropa Liqasında 2 təmsilçimizdən biri olan “Qəbələ” klubu “C” qrupunda iki oyun keçirib. Qrup mərhələsinin ilk oyununda “radarlar” öz meydanında Yunanıstanın “PAOK” klubunu qəbul edib və həmin oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. İkinci turda isə “Qəbələ” səfərdə “Krasnodar”ın qonağı olub və təmsilçimiz oyundan 1:2 hesabı ilə məğlub ayrılıb. Beləliklə, “qırmızı-qaralar” 1 xalla “C” qrupunun turnir cədvəlinin 3-cü yerində qərarlaşıb.

Futbol üzrə Azərbaycan Premyer liqasının son 3 turunda “Qəbələ” klubu maksimum nəticə göstərib:
6-cı tur: “Rəvan” – “Qəbələ” (0:3)
7-ci tur: “Qəbələ” – “Xəzər Lənkəran” (6:0)
8-ci tur: “Neftçi” – “Qəbələ” (0:1)

Premyer liqada 8 oyundan sonra “radarlar” 19 xalla turnir cədvəlinin 2-cisidir.


Azərbaycan Premyer liqasının turnir cədvəli

“Borussiya” isə qrup mərhələsinin 1-ci turunda öz meydanında “Krasnodar”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib, 2-ci turda isə “PAOK”-un qonağı olan “arılar” Yunanıstan səfərindən 1 xalla dönüblər. Dortmundlular qrup mərhələsində 2 oyuna 4 xal toplayaraq “C” qrupunun lideridir.

“Borussiya” Bundesliqada keçirdiyi son 3 oyunun 1-də qalib gəlib, 1-də məğlub olub, 1 oyun isə heç-heçə ilə nəticələnib. “Arılar” 20 xalla Bundesliqanın turnir cədvəlinin 2-ci yerində qərarlaşıb.


Bundesliqanın turnir cədvəli

Xorvatiyalı hakimlər tərəfindən idarə olunacaq “Qəbələ” – “Borussiya” matçının star fiti saat 20:00 səslənəcək.


“Qəbələ” klubu


“Borussiya” klubu

mənbə :
anspress

Azerbaycanda “radarlar” “arılara” qarşı