İçeriğe geçmek için "Enter"a basın

Əməkdar artist reanimasiyaya yerləşdirilib

22-10-2015


22.10.2015 / 12:21 xeber –

Əməkdar artisti Gülnar Salmanova dünən 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə jurnalist İradə İsaq Lent.az a açıqlmasında bildirib. Jurnalist qeyd edib ki, dünən aktrisanın səhhəti ilə maraqlanmağa gedəndə halının pisləşdiyinin şahidi olublar: “Bir neçə gündür aktirsanın vəziyyəti pis idi. 2 gün öncə də onu görməyə getmişdik. Dünən də getdik. Günorta idi, özünü yaxşı hiss edirdi. Amma qəfil halı pisləşdi. Yanında oğlu Elçin, Şəfəq Ağacan, Nahidə Orucova, Fatma xanım, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbərliyi və başqa yaxın adamlar var idi. Bir az keçdi mən "muzkomediya"nın direktoru Əliqismət Lalayevlə danışdım. Çox kömək etdi. Moskvada idi, amma zəng edib maraqlanırdı. Əliqsimət müəllim xəstəxana ilə danışdı. Hazırda vəziyyəti stabil olaraq qalır, aktrisa dializ edilir".

 Xatırladaq ki, əməkdar artist Gülnar Salmanova şəkərli diabet, xərçəng və dializ xəstəsidir.

 

 

mənbə :
lent.az

Əmekdar artist reanimasiyaya yerleşdirilib