11:50 xeber – “Məni heç kim döyməyib”. Bakının Xətai rayonunda yerləşən 95 saylı məktəbdə döyüldüyü iddia edilən fizika müəllimi Svetlana Əkbərova və onu döydüyü deyilən Rəsul Abdullayev adlı şagird məsələ ilə bağlı ANS PRESS-ə açıqlama veriblər.
Müəllimənin ANS PRESS-ə verdiyi məlumata görə, yayılan bütün xəbərlər əsassızdır və heç bir həqiqəti əks etdirmir: “Düzdür, dünən 11-ci sinif şagirdi Rəsul Abdullayev ilə aramızda anlaşılmazlıq yaşandı. Səbəb isə Rəsulun dərsə hazır gəlməməsi idi. Məndə bunu irad kimi bildirdim. O isə sinifdə əsəbləşərək otağı tərk etdi. Hazırda isə həmin sinifdə dərsdəyəm və hər şey tam qaydasındadır”.
Müəllimi döyməkdə ittiham edilən R.Abdullayev isə bildirib ki, dünən şəxsi problemləri olduğu üçün əsəbi olub və müəllimə də dərsi bilmədiyi üçün irad tutduğu üçün əsəbələşib: “Mən sadəcə qapını çırpıb çölə çıxdım. Bu gün isə müəllimə ilə aramızdakı bütün problemləri həll etmişik”, – deyə şagirdi bildirdi.
Xatırladaq ki, 95 saylı məktəbdə 11-ci sinif şagirdinin öz fizika müəlliməsini vəhşicəsinə döyməsi barədə xəbərlər yayılıb.
Məlumatda deyilir ki, Svetlana adlı fizika müəlliməsi şagirdin nizam-intizamından şikayət edərək onu danlayıb. Sonra isə daha da qızışaraq şagirdin rəhmətə getmiş atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.
Şahidlərin dediyinə görə, müəllimənin ağzı-burnu partlayıbmış, ətraf qan içindəymiş. Köməyə gələn şagirdlər, müəllimlər və o cümlədən də direktor müəllimi güclə şagirdin cəngindən xilas ediblər.
mənbə :
anspress